Surə 7 · Cüz 9

Al-A'raf · 7:179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ

179. Biz Cəhənnəm üçün bir çox cin­lər və insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla an­la­mazlar; gözləri var, onunla gör­məz­lər; qulaqları var, onun­la eşit­məzlər. Onlar heyvan ki­mi­dirlər, hət­ta daha çox az­ğın­lıq­dadırlar. Qafil olanlar da məhz onlardır.

Təfsir

Biz əzəli elmimizə əsasən kimin nə əməl sahibi olacağını bildiyimiz üçün, Cəhənnəm üçün bir çox cin­lər və bir çox insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla özlərinə fayda və zərər verən şeyləri dərk etməzlər; gözləri var, onunla özlərində və kainatda olan Allahın ayələrini gör­üb ibrət almazlar; qulaqları var, onun­la Allahın ayələrini eşidib düşünməzlər. Belə bir sifətlərə sahib olan kimsələr ağıllarını itirdikləri üçün heyvan ki­mi­dirlər, əksinə, onlar hət­ta heyvandan da daha çox az­ğın­lıq­dadırlar. Allahın ayələrindən və axirət günündən qafil olanlar da məhz onlardır.

Oxuyucuda aç - Surəni tam oxu