Surə 7 · Cüz 9
Al-A'raf · 7:180
وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ
180. Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
Təfsir
Pak olan Allahın cəlalına və kamalına dəlalət edən ən gözəl adlar Onundur. İstədiyinizə nail olmaq üçün Allaha bu adlar vasitəsi ilə dua edin, Ona bu adlarla həmd-səna edin, Onun adlarını başqasına verənləri, bu adları inkar və ya təhrif edənləri yaxud da başqalarını bu ad və sifətlərə oxşadadaraq haqdan sapanları tərk edin. Haqdan sapanların etdikləri əməllərin cəzası ağrılı-acılı əzab alacaqdır.