Surə 7 · Cüz 9
Al-A'raf · 7:178
مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَنْ يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
178. Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.
Təfsir
Allah kimi doğru yola müvəffəq edərsə, həqiqətən də o, doğru yoldadır. Allah kimi də doğru yoldan uzaqlaşdırarsa, həqiqətən də, onlar öz axirət paylarını naqis edən kimsələrdir. Şübhəsiz ki, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!