Surə 7 · Cüz 9
Al-A'raf · 7:172
وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰ أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا بَلَىٰ ۛ شَهِدْنَا ۛ أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَافِلِينَ
172. Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
Təfsir
Ey Muhəmməd! Yadına sal ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların züriyyətini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə, onların fitrətlərində qoyduğu imanla Özünün Rəbb olduğunu onlara isbat etdirməklə, onların Xaliqi və Rəbbi olduğunu onlara etiraf etdirmiş, onların hamısı: "Bəli, Sən bizim Rəbbimizsən!"– demişdilər. Onda Allah buyurmuşdur: "Biz, Qiyamət günü bunu inkar etməklə Allah yanında üzür gətirməməniz üçün sizi imtahan edib, sizdən əhd-peyman aldıq ki, sizin bundan xəbəriniz yox idi – deməyəsiniz.