Surə 7 · Cüz 9
Al-A'raf · 7:173
أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ
173. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.
Təfsir
Yaxud: "Ata-babalarınız sizdən əvvəl onlardan alınan əhd-peymanı pozub, Allaha şərik qoşmuş və siz də onlardan sonra gələn bir nəsil olub, onları Allaha şərik qoşduqlarını görüb, onların ardınca getmisiniz deyə özünüzə bəhanə axtararaq: "Ey Rəbbimiz! Məgər Sən bizi, bizdən əvvəl olub keçmiş, Allaha şərik qoşaraq öz əməllərini batil etmiş ata-babalarımızın etdikləri əməllərə görə əzabmı verəcəksən?! Bizim günahmız yoxdur, biz cahilliyimiz üzündən onların ardınca getdik"– deməyəsiniz.