Surə 7 · Cüz 9
Al-A'raf · 7:171
۞ وَإِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُ ظُلَّةٌ وَظَنُّوا أَنَّهُ وَاقِعٌ بِهِمْ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
171. Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara: “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.
Təfsir
Ey Muhəmməd! İsrail oğulları Tövratda olan hökmlərə əməl etməkdən imtina etdikləri zaman, dağı yerindən qoparıb başları üstünə qaldırdıqda, sanki dağ onların başılarının üstünə bulud kimi kölgələndirdiyini və onlar da dağın onların üstünə düşəcəyini zənn etdiklərini, onlara: "Sizə verdiyimizdən möhkəm, əzm və qətiyyətlə yapışın, Allahın sizin üçün qoyduğu hökmləri xatırlayın, unutmayın ki, bəlkə, onları yerinə yetirdikdə Allahdan qorxasınız!"– dediyini yadına sal.