Surə 7 · Cüz 9
Al-A'raf · 7:156
۞ وَاكْتُبْ لَنَا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ إِنَّا هُدْنَا إِلَيْكَ ۚ قَالَ عَذَابِي أُصِيبُ بِهِ مَنْ أَشَاءُ ۖ وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ الزَّكَاةَ وَالَّذِينَ هُمْ بِآيَاتِنَا يُؤْمِنُونَ
156. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.
Təfsir
Bizi bu həyatda nemətlərlə, sağlamlıqla ikram etdiyin, saleh əməllərə müvəffəq etdib və saleh qulların üçün Axirətdə cənnət hazırladığın qullarından et, Həqiqətən, biz, Sənə üz tutduq və etdiyimiz günahlarımızı boynumuza aldıq! Uca Allah dedi: "Bədbəxtçilik səbəblərindən yapışan kimsələri istədiyim əzabıma düçar edirəm. Bu dünyada isə rəhmətim hər şeyi əhatə etmişdir. Yer üzündə elə bir canlı yoxdur ki, rəhmətim ona toxunmasın, lütfüm və yaxşılığım onu bürüməsin. Mən rəhmətimi Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan, mallarının zəkatını fəqirlərə verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.