Surə 7 · Cüz 9

Al-A'raf · 7:157

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ ۚ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ ۙ أُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

157. O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır”.

Təfsir

O kəslər ki, oxuyub yazmağı bil­mə­yən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Aleyhissəlam - nazil edilmiş Tövratda və İsaya - Aleyhissəlam - nazil edilmiş İncildə yazıl­mış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməl­ləri isə qadağan edər, on­lara pak və halal olan yemək-içməyi və nikahları halal, bunlardan mur­dar şey­ləri isə haram edər. On­ların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngül­ləş­di­rər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onun­la gön­dərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca ge­­dənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq ni­cat tapan­ kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu