Surə 7 · Cüz 9

Al-A'raf · 7:155

وَاخْتَارَ مُوسَىٰ قَوْمَهُ سَبْعِينَ رَجُلًا لِمِيقَاتِنَا ۖ فَلَمَّا أَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُمْ مِنْ قَبْلُ وَإِيَّايَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَاءُ مِنَّا ۖ إِنْ هِيَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَنْ تَشَاءُ وَتَهْدِي مَنْ تَشَاءُ ۖ أَنْتَ وَلِيُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۖ وَأَنْتَ خَيْرُ الْغَافِرِينَ

155. Musa Bizim təyin et­di­yi­miz vaxt üçün tayfasından yetmiş ki­şi seçdi. On­ları zəl­zə­lə yaxala­dıqda o dedi: “Ey Rəb­bim! Əgər is­tə­səydin, bun­dan əvvəl on­ları da, məni də məhv edərdin. Özü­müz­dən olan sə­fehlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Bu, yalnız Sə­nin sınağındır. Sən onunla istədiyini az­ğınlığa aparır, is­tə­­diyini də doğru yola yö­nəl­dir­sən. Sən bizim Himayə­çi­mizsən! Bi­zi bağışla və bizə rəhm et! Axı Sən ba­ğış­la­yanla­rın ən yax­şısı­san.

Təfsir

Musa, onlardan buzova ibadət edən səfehlərin etdiyi əmələ görə Rəbbindən bağışlanma diləmək üçün qövmündən yetmiş hörmətli ki­şi seçdi. Allah onların gəlişi üçün müəyyən vaxt təyin etdi. On­lar təyin edilmiş vaxtda gəldikdə, Allaha qarşı özlərində cürət tapıb, Musadan - aleyhissəlam - Allahın onlara gözlə görünməsini tələb etdilər. Elə bu zaman onları zəl­zə­lə yaxala­dı və zəlzələnin dəhşətindən bayılmaqlar və beləliklə də onlar məhv oldular. Musa - aleyhissəlam - bunu gördükdə, Rəbbinə yalvararaq dedi: "Ey Rəb­bim! Əgər is­tə­səydin, bura gəlməzdən əvvəl on­ları da və məni də onlarla birgə məhv edərdin. Özü­müz­dən olan ağıldan kəmlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Qövmümün buzova ibadət etməsi, yalnız Sə­nin istədiyin kimsəni azdırmaq və istədiyinidə doğru yola yönəltmək üçün olan sınağdan başqa bir şey deyildi. Sən bizim himayə­çi­mizsən! Bi­zim günahlarımızı bağışla və bizə Öz geniş rəhmətinlə rəhm et! Axı Sən günahı ba­ğış­la­yanla­rın və əfv edənlərin ən yax­şısı­san!

Oxuyucuda aç - Surəni tam oxu