Surə 64 · Cüz 28
At-Taghabun · 64:8
فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالنُّورِ الَّذِي أَنْزَلْنَا ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
8. Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey insanlar! Elə isə, Allaha, Onun rəsuluna və rəsulumuza nazil etdiyimiz Qurana iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, bu əməllərin əvəzini sizə verəcəkdir.