Surə 64 · Cüz 28

At-Taghabun · 64:9

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

9. O gün Allah sizi Top­lan­ma günü­nə cəm edəcək. Hə­min gün qar­şı­lıqlı al­danma günü­dür. Hər kəs Allaha iman gə­ti­rib yaxşı iş­lər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Onlar orada əbədi qa­lacaq­lar. Bu, böyük müvəffəqiyyətdir.

Təfsir

Ey Peyğəmbər! Qiyamət günü Allahın sizə əməllərinizin əvəzini vermək üçün sizi bir yerə toplayacağını xatırla. O gün kafirlərin ziyana uğradıqları və nöqsanları üzə çıxacaqdır. Belə ki, möminlər cəhənnəm əhlinin Cənnətdəki yerlərinə varis olacaq, kafirlər də, Cənnət əhlinin Cəhənnəmdəki yerlərinə varis olacaqlar. Hər kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarını bağışlayar və onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaq, heç vaxt oradan çıxmayacaqlar və onlara veriləcək nemətlər əsla tükənməyəcəkdir. Onların qazandığı bu uğur, misli-bərabəri olmayan böyük uğurdur.

Oxuyucuda aç - Surəni tam oxu

At-Taghabun 64:9 · Tlawati