Surə 64 · Cüz 28
At-Taghabun · 64:7
زَعَمَ الَّذِينَ كَفَرُوا أَنْ لَنْ يُبْعَثُوا ۚ قُلْ بَلَىٰ وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
7. Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcək. Bu, Allah üçün çox asandır!”
Təfsir
Allaha küfr edənlər öldükdən sonra Allah onları heç vaxt diriltməyəcəyini iddia edirlər. Ey Peyğəmbər! Dirilməni yalan sayan o kimsələrə de: “Xeyr, Rəbbimə and olsun ki, qiyamət günü siz mütləq dirildiləcəksiniz. Sonra da, dünyada etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Sizi diriltmək Allah üçün çox asandır. O artıq sizi ilk dəfə yaratmış, eləcə də, sizi haqq-hüsab çəkmək və əməllərinizin əvəzini vermək üçün, siz öldükdən sonra sizi yaratmağa qadirdir”.