Surə 64 · Cüz 28
At-Taghabun · 64:6
ذَٰلِكَ بِأَنَّهُ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوْا ۚ وَاسْتَغْنَى اللَّهُ ۚ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ
6. Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Təfsir
Onlara üz vermiş bu əzab ona görədir ki, Allah tərəfindən göndərilmiş elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə elçilərin bəşər övladı olmasını inkar edib deyirdilər: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?!” Onlar küfr edib onlara iman gətirməkdən üz döndərdilər. Onlar Allaha zərər yetirə bilmədilər. Allahın onların iman gətirmələrinə və itaət etmələrinə ehtiyacı yoxdur. Çünki onların itaəti Allaha heç bir şey artıra bilməz. Allah zəngindir, qullarına ehtiyacı yoxdur, həmçinin, O həm sözündə, həm də etdiklərində tərifəlayiqdir.