Surə 64 · Cüz 28

At-Taghabun · 64:5

أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ فَذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

5. Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır.

Təfsir

Ey müşriklər! Sizdən əvvəl Nuh qövmünün, ad tayfasının, səmudluların və başqa bunlar kimi haqqı yalan saymış, dünyada etdikləri küfrün cəzasını dadmış, axirətdə də özləri üçün ağrılı-acılı bir əzab hazırlanmış ümmətlərin xəbəri sizə gəlib çatmadımı?! Əlbəttə ki, onların xəbəri sizə gəlib çatıb. Elə isə onların başına gələnlərdən ibrət alın və onların başlarına gələnlər sizin başınıza gəlməzdən əvvəl Allaha tövbə edin.

Oxuyucuda aç - Surəni tam oxu

At-Taghabun 64:5 · Tlawati