Surə 61 · Cüz 28

As-Saff · 61:13

وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

13. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kö­mək və ya­xın qə­ləbə. Möminləri bu­nunla müjdələ.

Təfsir

Bu ticarətdən əldə ediləcək, sizin sevdiyiniz başqa bir qazanc da vardır ki, bu da, sizə dünyada veriləcək - Allahın sizi düşmənləriniz üzərində qələbə çalmağa və yaxın zamanda Məkkəni və digər yerləri fəth etməyə müvəffəq etməsidir. Ey Peyğəmbər! Möminləri sevindirəcək müjdəni - bu dünyada qələbə çalacaqlarını, axirətdə də Cənnətə girməklə uğur qazanacaqlarını onlara xəbər ver.

Oxuyucuda aç - Surəni tam oxu