Surə 61 · Cüz 28
As-Saff · 61:12
يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
12. Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
Təfsir
Bu ticarətdən əldə ediləcək qazanc budur ki, Allah sizin günahlarınızı bağışlayacaq, sizi qəsrləri və ağacları altından çaylar axan Cənnət bağlarına və əbədi qalacağınız cənnətlərdəki gözəl məskənlərə daxil edəcək. Bu, heç bir misli-bərabəri olmayan böyük bir uğurdur.