Surə 61 · Cüz 28

As-Saff · 61:11

تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

11. Allaha və Onun Rəsuluna iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir.

Təfsir

Bu qazanc gətirən ticarət, Allaha və Onun rəsuluna iman gətirməyiniz, Allahın razılığını qazanmaq məqsədilə malınızı xərcləmək və canınızı fəda etməklə Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu zikr edilən əməl sizin üçün nə qədər xeyirlidir. Elə isə onu yerinə yetirməyə tələsin!

Oxuyucuda aç - Surəni tam oxu