Surə 61 · Cüz 28

As-Saff · 61:14

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا أَنْصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ ۖ فَآمَنَتْ طَائِفَةٌ مِنْ بَنِي إِسْرَائِيلَ وَكَفَرَتْ طَائِفَةٌ ۖ فَأَيَّدْنَا الَّذِينَ آمَنُوا عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ

14. Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Peyğəmbərinizin təbliğ etdiyi dini yaymaqla Allahın köməkçiləri olun. Necə ki, həvarilər dinin yayılmasına kömək etmişlər. Belə ki, İsa (aleyhissəlam) onlara: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də dərhal belə cavab vermişlər: “Bizik Allahın köməkçiləri!” İsrail oğullarından bir zümrə İsaya (aleyhissəlam) iman gətirmiş, digər zümrə isə onu inkar etmişdir. Biz də, İsaya iman gətirənləri onu inkar edənlərə qarşı qüvvətləndirmiş və möminlər onlara qalib gəlmişlər.

Oxuyucuda aç - Surəni tam oxu