Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:3
لَنْ تَنْفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ ۚ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
3. Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq. Allah nə etdiklərinizi görür.
Təfsir
Əgər qohumlarınıza və övladlarınıza görə kafirlərlə dostluq etsəniz, nə qohumlarınız, nə də övladlarınız sizə fayda verər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq, sizlərdən Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə girəcək. Beləliklə də, heç biriniz digərinizə fayda verə bilməyəcəkdir. Allah nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Allahdan gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.