Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:2
إِنْ يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُمْ بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ
2. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər.
Təfsir
Əgər onlar sizi ələ keçirsələr, qəlblərində gizlətdikləri düşmənçiliyi üzə çıxarar, əlləri ilə sizə əziyyət verər, sizi vurar, habelə, sizi söyər və təhqir edər, həmçinin, sizin Allaha və Onun rəsuluna küfr etmənizi və onlar kimi olmanızı istəyərlər.