Surə 60 · Cüz 28

Al-Mumtahanah · 60:1

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تُلْقُونَ إِلَيْهِمْ بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءَكُمْ مِنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَنْ تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِنْ كُنْتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاءَ مَرْضَاتِي ۚ تُسِرُّونَ إِلَيْهِمْ بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنْتُمْ ۚ وَمَنْ يَفْعَلْهُ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

1. Ey iman gətirənlər! Mə­nim düş­mənimi də, öz düşmə­ninizi də özü­nü­zə dost tutma­yın! Onlar sizə gələn hə­qi­qəti inkar et­dik­lə­ri halda, siz on­la­ra mehri­banlıq göstərib sirrini­zi açıb de­yir­siniz. Rəb­biniz olan Allaha iman gə­tir­diyiniz üçün onlar Peyğəmbəri və si­zi yur­du­nuzdan qovub çıxardırlar. Əgər siz Mə­nim yolumda və Mə­nim razılığı­mı qa­zanmaq uğrunda cihada çıxmısı­nızsa, onlara giz­lində mehri­ban­lıq gös­tərir­si­niz. Mən sizin gizli saxla­dığınızı da, aş­kar etdi­yi­nizi də bili­rəm. Sizlər­dən kim bunu etsə, doğru yol­­dan sap­mış olar.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Peyğəmbəriniz vasitəsilə sizə təbliğ edilən dini inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib onlarla dostluq edisiniz. Siz sadəcə Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuz Məkkədən qovub çıxardır, nə əqrəbalıq, nə də qohumluq bağlarınıza məhəl qoyurlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlarla dostluq etməyin. Siz onlara mehribanlıq göstərib gizlində müsəlmanların işləri barədə onlara xəbər verirsiniz, halbuki Mən sizin bundan gizli saxladığınızı da, aşkara çıxardığınızı da bilirəm. Bundan və ya başqasından heç bir şey Məndən gizli qalmaz. Sizlərdən kim kafirlərlə dostluq etsə və onlara mehribanlıq göstərsə, orta yoldan sapar, haqdan azmış olar və doğru əməldən uzaqlaşar.

Oxuyucuda aç - Surəni tam oxu