Surə 59 · Cüz 28

Al-Hashr · 59:24

هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

24. O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.

Təfsir

O, hər şeyi xəlq edən xaliq, əşyaları yoxdan yaradan, məxluqatına istədiyi kimi surətverən Allahdır. Ən uca sifətləri özündə cəm edən ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun hər bir nöqsandan münəzzəh edər. O, qüdrətlidir. Heç kəs Onu məğlub edə bilməz. Həmçinin, O, yaratmaq, şəri hökmləri təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu