Surə 59 · Cüz 28
Al-Hashr · 59:23
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ
23. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
Təfsir
O, Özündən başqa haqq məbud olmayan, qeybdə və aşkarda olanları bilən, heç bir şey Özünə gizli qalmayan Allahdır. O, dünyada da, axirətdə də, həm mərhəmətli, həm də rəhmlidir və Onun rəhməti aləmləri bürümüşdür. O, (Özündən başqa haqq məbud olmayan), hökmdar, hər bir nöqsandan uzaq və uca, eləcə də, hər bir eybdən salamat olan, tutarlı ayələrlə elçilərinin doğru danışdığını təsdiq edən, qularının əməllərinə nəzarət edən, heç kəsin qalib gələ bilməyəcəyi qüdrətli, Öz gücü və qüdrətli ilə hər şeyi istila edən, məğrur Allahdır. Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən və başqa şeylərdən uca və uludur.