Surə 59 · Cüz 28
He is Allah; there is no god but He · Al-Hashr 59:22
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ
22. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O, Mərhəmətlidir, Rəhmlidir.
Təfsir
O, Özündən başqa haqq məbud olmayan, qeybdə və aşkarda olanları bilən, heç bir şey Özünə gizli qalmayan Allahdır. O, dünyada da, axirətdə də, həm mərhəmətli, həm də rəhmlidir və Onun rəhməti aləmləri bürümüşdür. O, (Özündən başqa haqq məbud olmayan), hökmdar, hər bir nöqsandan uzaq və uca, eləcə də, hər bir eybdən salamat olan, tutarlı ayələrlə elçilərinin doğru danışdığını təsdiq edən, qularının əməllərinə nəzarət edən, heç kəsin qalib gələ bilməyəcəyi qüdrətli, Öz gücü və qüdrətli ilə hər şeyi istila edən, məğrur Allahdır. Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən və başqa şeylərdən uca və uludur.