Surə 59 · Cüz 28

Al-Hashr · 59:21

لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

21. Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr.

Təfsir

Ey Peyğəmbər! Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən, o dağın sərt olmasına rəğmən, Qurandakı kəskin öyüd-nəsihətlərə və sərt təhdidlərə görə Allahın qorxusundan boyun əyib, zəlil halda parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünüb Quran ayələrinin özündə cəm etdiyi moziələrdən və ibrətamiz hadisələrdən dərs alalar.

Oxuyucuda aç - Surəni tam oxu