Surə 6 · Cüz 7
Al-An'am · 6:99
وَهُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۗ انْظُرُوا إِلَىٰ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ ۚ إِنَّ فِي ذَٰلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
99. Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirdik, onlardan da üst-üstə düzülmüş dənələr çıxartdıq. Xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdirdik. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.
Təfsir
Səmadan su - yağış suyu endirən pak və uca olan Allahdır. Biz bu yağış suyu ilə hər bir bitki növündən yetişdirir, o bitkilərdən əkin və yaşıl ağac bitirir, onlardan da sünbülün üzərində olduğu kimi üst-üstə düzülmüş toxumlar çıxarırıq. Xurma ağacının tumurcuqlarından, ayaqda duran və ya oturan adamın dərə biləcəyi salxımlar yetişdirir. Biz, həmçinin, üzüm talvarları, yarpaqları bir-birinə bənzəyən və meyvəsi isə bir-birinə bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Ey İnsanlar! Ağac ilk dəfə bar verdiyi və meyvəsinin yetişdiyi zaman onların meyvəsinə baxın. Ey İnsanlar! Şübhəsiz ki, bunlarda Allaha iman gətirən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Məhz onlardır bu dəlillərdən faydalanan kimsələr.