Surə 6 · Cüz 7
Al-An'am · 6:100
وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ
100. Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar Allah haqqında bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.
Təfsir
Müşriklər cinlərin fayda və zərər verə biləcəklərini etiqad etdikləri zaman, onları Allaha ibadətdə şərik qəbul etdilər. Halbuki onları da, Allahdan başqası yox, məhz Allah yaratmışdır. Elə buna görə də yalnız Allah, ibadət olunmağa layiqdir. Yəhudilər Üzeyirin, nəsranilər isə İsanın Allahın oğlu olduğunu, müşriklər də mələklərin Allahın qızları olduğunu iddia etdilər. Allah batil əhlinin vəsf etdikləri sifətlərdən uzaqdır və ucadır.