Surə 6 · Cüz 7

Al-An'am · 6:98

وَهُوَ الَّذِي أَنْشَأَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ

98. Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.

Təfsir

Sizi tək bir candan, atanız Adəmdən ya­ra­dan pak və uca olan Allahdır. Allah sizin yaradılışınıza atanızı torpaqdan yaradaraq başlamışdır. Sonra isə sizi ondan yaratmışdır. Allah sizin üçün analarınızın bətinləri kimi qərar tu­ta­ca­ğı­nız və atalarınızın belləri kimi əmanət sax­la­ndığınız bir yer yaratmışdır. Artıq Biz ayələri Allahın kəlamını anlayan bir qövmə izah etdik.

Oxuyucuda aç - Surəni tam oxu