Surə 6 · Cüz 7

Al-An'am · 6:95

۞ إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ ۖ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

95. Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz!

Təfsir

Toxumu yarıb oradan bitki çıxardan, çəyirdəkdən xurma, üzün və s. ağaclar çıxardan, insan və heyvanları nütfədən xəlq edərək ölü­dən diri çıxardan, insandan nütfə, toyuqdan isə yumurta çıxardaraq diridən də ölü çıxardan, məhz tək olan Allahdır. Bütün bunları edən sizin xaliqiniz olan Allahdır! Ey müşriklər! Siz Allahın misilsiz yaratdıqlarına şahid olduqdan sonra necə də haqdan döndərilir­siniz!

Oxuyucuda aç - Surəni tam oxu

Al-An'am 6:95 · Tlawati