Surə 6 · Cüz 7
Al-An'am · 6:96
فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
96. Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.
Təfsir
Gecənin zülmətindən səhərin nurunu yarıb çıxardan da, gecəni insanların gündüz ikən ruzi axtarıb yorulduqdan sonra dincəlmək üçün istirahət vaxtı edən də, günəşi və ayı müəyyən hesabla hərəkət edən vaxt ölçüsü edən də, pak və uca olan Allahdır. Bu deyilən misilsiz yaradılış, məğlub edilməz və qulları üçün nəyin daha xeyirli olduğunu bilən qüdrətli Allahın əzəldən müəyyən etdiyi hökmdür.