Surə 6 · Cüz 7
Al-An'am · 6:94
وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ
94. Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır.
Təfsir
Qəbirlərdən diriləcəyi gün onlara: "Bu gün hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi ayaqyalın, lüt-üryan, sünnət olunmamış, mal-dövlətiniz və başçılıq etməyiniz əlinizdən çıxmış bir halda, tək-tənha, həm də sizə verdiyimiz nemətləri özünüz də istəmədən dünya həyatında arxanızda qoyub gəldiniz. Bu gün öz aranızda Allaha vasitəçilər saydığınız ilahlarınızı yanınızda görmürük. Halbuki siz onların ibadətə layiq olmaları barədə Allahın şərikləri olduqlarını iddia edirdiniz. Artıq onlarla sizin aranızda olan əlaqə qırılmış, onların Allahın şərikləri və sizə şəfaətçilər olacaqları iddianız isə sizdən uzaqlaşmışdır"– deyiləcəkdir.