Surə 6 · Cüz 7
Al-An'am · 6:93
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللَّهُ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ
93. Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”– dediklərini bircə görəydin.
Təfsir
Allaha qarşı yalan uyduraraq: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir", yaxud Allah ona vəhy nazil etmədiyi bir halda yalandan: "Allah mənə də vəhy etmişdir"– söyləyəndən və yaxud: "Mən də Allahın Qurandan nazil etdiyinin bənzərini endirəcəyəm"– deyəndən daha zalım kimsə ola bilməz. Ey Peyğəmbər! O zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini onlara tərəf uzadıb onlara əzab verərək və onları vuraraq: "Canlarınızı çıxarın, biz onları götürəcəyik! Allaha qarşı yalan sözlər söylədiyinizə, peyğəmbərlik və vəhyin nazil olması idda etdiyinizə, Allahın nazil etdiyinin bənzərini nazil etməyə qadir olduğunuza və Onun ayələrinə iman etməkdən təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı və zəlil edici əzabla cəzalandırılacaqsınız!"– dediklərini görsəydin sən çox dəhşətli bir hal görərdin.