Surə 6 · Cüz 7
Al-An'am · 6:90
أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ
90. Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”.
Təfsir
O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yolda olan kimsələrdir. Sən də onlara tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir".