Surə 6 · Cüz 7

Al-An'am · 6:89

أُولَٰئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ۚ فَإِنْ يَكْفُرْ بِهَا هَٰؤُلَاءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَيْسُوا بِهَا بِكَافِرِينَ

89. Bunlar, Kitab, hikmət və pey­ğəm­bərlik verdiyimiz kəs­lər­dir. Əgər ka­fir­lər ayələri in­kar etsələr, Biz onları inkar et­məyən bir qövmə həvalə edə­rik.

Təfsir

Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və pey­ğəm­bərlik verdiyimiz kəs­lr­dir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi in­kar edirlərsə, Biz onları inkar et­məyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.

Oxuyucuda aç - Surəni tam oxu