Surə 6 · Cüz 7

Al-An'am · 6:91

وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِنْ شَيْءٍ ۗ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

91. Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da onları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər.

Təfsir

Müşriklər, Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Allah insana vəhydən heç bir şey nazil etməmişdir"– de­dikləri zaman Allahı la­yiqincə təzim etmədilər. Ey Peyğəmbər! Onlara de: "Tövratı qövmü üçün nur, hidayət və doğru yolu göstərən rəhbər olaraq Mu­sa­ya kim nazil et­mişdir? Yəhudilər Tövratı dəftərlərə yazıb öz nəfslərinə müvafiq gələni insanlara göstərir və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf olunması kimi nəfslərinə müxalif olanları isə giz­lə­dirlər. Ey ərəblər! Axı, sizin də, əcdadınızın da bundan əvvəl Qurandan bilmədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir". Ey Peyğəmbər! Onlara: "Onu Allah nazil etmişdir!"- de, sonra da əcəl onları haqlayanadək onları öz cahillikləri və azğınlıqları içində - dini məsxərəyə qoyub istehza etdikləri halda tərk et.

Oxuyucuda aç - Surəni tam oxu