Surə 6 · Cüz 7
Al-An'am · 6:67
لِكُلِّ نَبَإٍ مُسْتَقَرٌّ ۚ وَسَوْفَ تَعْلَمُونَ
67. Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxtı var və siz onu biləcəksiniz.
Təfsir
Hər bir xəbərin zamanı çatıb gerçəkləşəcəyi müəyyən vaxtı vardır, bu xəbərlərdən biri də sizin sonunuzun və aqibətinizin necə olacağı xəbəridir. Siz onu Qiyamət günü qəbirlərinizdən dirildiyiniz zaman biləcəksiniz.