Surə 6 · Cüz 7
Al-An'am · 6:68
وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَىٰ مَعَ الْقَوْمِ الظَّالِمِينَ
68. Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.
Təfsir
Ey Peyğəmbər! Ayələrimizi məsxərəyə qoyan və istehza edən müşrikləri gördüyün zaman, ayələrimizə istehza etməkdən başqa söhbətə keçənə qədər onlardan uzaq dur. Əgər şeytan bunu sənə unutdurub onlarla birgə otursan, xatırladıqdan sonra isə dərhal o məclisi tərk et və həddi aşan kimsələrlə birgə oturma.