Surə 6 · Cüz 7
Al-An'am · 6:66
وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ
66. Quran həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.
Təfsir
Sənin qövmün bu Quranın, həqiqətən də, Allah tərəfindən olmasına heç bir şübhə olmadığı bir təqdirdə onu yalan saydı. Ey Peyğəmbər! Onlara de: "Mən sizi qorumağa müvəkkil deyiləm, mən yalnız sizi şiddətli əzab barədə xəbərdar edənəm".