Surə 6 · Cüz 7
Al-An'am · 6:34
وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ فَصَبَرُوا عَلَىٰ مَا كُذِّبُوا وَأُوذُوا حَتَّىٰ أَتَاهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ ۚ وَلَقَدْ جَاءَكَ مِنْ نَبَإِ الْمُرْسَلِينَ
34. Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.
Təfsir
Onların sənin gətirdiyin dini yalan saymalarının xüsusilə sənə aid olduğunu əsla güman etmə. Belə ki, səndən əvvəlki elçiləri də yalançı sayılmış və öz qövmləri tərəfindən əziyyətlərə məruz qalmışdılar. Lakin onlar Allahdan kömək gələnədək, Allah yolunda dəvət və cihad etməklə səbir nümayiş etdirdilər. Heç kəs Allahın yazdığı köməyi və peyğəmbərlərinə verdiyi vədi dəyişə bilməz. Ey Peyğəmbər! Artıq səndən əvvəlki peyğəmbərlər, onların öz qövmündən gördükləri əziyyətlər və Allah onlara düşmənçilik edənləri həlak edərək onlara necə kömək etdiyi bəzi xəbərlər sənə gəlib çatdı.