Surə 6 · Cüz 7

Al-An'am · 6:33

قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ

33. Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər.

Təfsir

Ey Peyğəmbər! Biz bilirik ki, onların aşkarda sə­ni yalan saymaları səni kədərləndirir. Bil ki, onlar, sənin sadiqliyinə və düzgünlüyünə bələd olduqları üçün, qəlblərində səni ya­lançı hesab etmirlər. Lakin onlar zalım bir qövmdür, sənin peyğəmbər olduğunu zahirdə inkar etsələr də, qəlblərində buna yəqin inanırlar.

Oxuyucuda aç - Surəni tam oxu

Al-An'am 6:33 · Tlawati