Surə 6 · Cüz 7
Al-An'am · 6:35
وَإِنْ كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُمْ بِآيَةٍ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ
35. Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!
Təfsir
Ey Peyğəmbər! Əgər onların sənin gətirdiyin haqdan üz döndərməsi və səni yalançı hesab etməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tapıb onlara Bizim sənə verdiyimizdən başqa bir dəlil gətirə bilərsənsə, durma gətir! Əgər Allah istəsəydi onları sənin gətirdiyin din üzərində toplayıb doğru yola yönəldərdi. Lakin Allah bunu müəyyən bir hikmət üçün istəmədi. Elə isə cahillərdən olma və onların iman gətirmədiklərinə görə özünü üzüb həlak etmə.