Surə 6 · Cüz 8

Al-An'am · 6:158

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا ۗ قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ

158. Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”.

Təfsir

Ey Peyğəmbər! Yoxsa yalan hesab edənlər ancaq onlara dünyada canlarını almaq üçün ölüm mələyinin, yaxud onun köməkçilərinin və ya Qiyamət günü Rəbbinin onlar arasında hökm vermək üçün və yaxud Rəbbinin Qiyamət saatının vaqe olmasına dəlalət edən bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin, günəşin məğribdən çıxması kimi bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş kafir kimsəyə və ya ima­n etdikdən sonra heç bir xeyir əməl etməyən mömin kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Bu əlamətlərdən birinin gəlməsini gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik".

Oxuyucuda aç - Surəni tam oxu