Surə 6 · Cüz 8

Al-An'am · 6:157

أَوْ تَقُولُوا لَوْ أَنَّا أُنْزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ ۚ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَّبَ بِآيَاتِ اللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُوا يَصْدِفُونَ

157. və ya: “Əgər bizə Kitab nazil edil­səydi, onlardan daha çox doğru yol­da olar­dıq”– de­məyə­si­niz. Artıq sizə Rəb­bi­niz­dən açıq-ay­dın bir dəlil, doğru yol göstəricisi və mər­həmət gəl­mişdir. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kim ola bilər? Ayələrimizdən üz çevi­rənləri üz çevir­dik­lə­ri­nə görə pis əzab­la cəza­lan­dıra­cağıq.

Təfsir

və ya: "Əgər Allah yəhudi və nəsranilərə kitab nazil etdiyi kimi, bizə də bir kitab nazil etsəydi, biz onlardan daha çox doğru yol­da olar­dıq" – de­məyə­si­niz. Artıq Allah peyğəmbəriniz Muhammədə - sallallahu aleyhi və səlləm - öz dilinizdə kitab nazil etdi. Bu kitab, açıq-ay­dın bir dəlil, haqq yol göstəricisi və ümmət üçün bir rəhmətdir. Elə isə bəhanə və batil dəlillər gətirərək özünüzə bəraət qazandırmayın. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kimsə ola bilməz. Biz ayələrimizdən üz çevi­rənləri üz və arxa çevir­dik­lə­ri­nə görə Cəhənnəm oduna daxil edərək şiddətli əzab­la cəza­lan­dıra­cağıq.

Oxuyucuda aç - Surəni tam oxu