Surə 6 · Cüz 8

Al-An'am · 6:159

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ

159. Dinlərini parçalayıb fir­qə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Alla­ha aiddir. Sonra Allah onlara etdik­ləri əməllər barədə xəbər verə­cəkdir.

Təfsir

Ey Peyğəmbər! Dinlərini parçalayıb fir­qə-fir­qə edən - dinin bəzi tələblərini yerinə yetirib, bəzisini də tərk edən, özləri də müxtəlif firqələrə bölünən yəhudi və nəsranilərlə sənin heç bir əla­qən yox­dur. Sən onların olduğları zəlalətdən uzaqsan. Sənin üzərinə düşən yalnız onları xəbərdar etməyindir. Onların işi Alla­ha aiddir. Sonra Allah Qiyamət günü onlara dünyada etdik­ləri əməlləri bildirəcək və etdikləri əməllərin müqabilini verə­cəkdir.

Oxuyucuda aç - Surəni tam oxu