Surə 6 · Cüz 8

Al-An'am · 6:153

وَأَنَّ هَٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

153. Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Baş­qa yol­la­ra uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları si­zə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz.

Təfsir

Allah sizə zəlalət yollarına tabe olmağı haram, Allahın doğru və heç bir əyriliyi olmayan yoluna tabe olmağınızı isə vacib etmişdir. Zəlalət yolları sizi parçalanmağa və haqq yoldan uzaqlaşmağa aparır. Bu Allahın düzğün yoluna tabe olmaq üçündür. Allah bunu si­zə töv­siyə etmiş­dir ki, bəlkə sizə əmr olunanları yerinə yetirib və qadağa olunanlardan çəki­nərək Allahdan qorxasınız.

Oxuyucuda aç - Surəni tam oxu