Surə 6 · Cüz 8

Al-An'am · 6:152

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

152. Yetim həddi-buluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ru­yub sax­lamaq və ar­tırmaq məq­sədilə istifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laş­mayın! Öl­çüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik. Söz söy­lə­di­yi­niz zaman, qohumu­nuz olsa be­lə, əda­lətli olun. Allah qarşısındakı əhdə sa­diq qalın. Allah bunları sizə töv­siyə et­mişdir ki, bəlkə, düşü­nüb ib­rət alasınız.

Təfsir

Allah sizə, yetim həddi-buluğa ça­tıb və mallarından düzgün istifadə etdiyi bəlli olana qə­dər, malı ar­tırmaq məq­sədilə istifadə etmək is­tis­na olmaqla, onun malına toxunmağı haram etmişdir. Allah sizə öl­çüdə və çəkidə aldatmağı haram, alış-veriş edərkən aldıqda və ya verdikdə isə ədalətli olmağı vacib etmişdir. Biz hər kəsi yalnız onun taqəti çat­dığı qədər yükləyərik. Öl­çüdə, çəkidə və s. bu kimi az və ya çoxluğunun dəqiq bilinməsi mümkün olmayan kiçik şeylərə görə sizə günah yoxdur. Allah sizə söz söy­lə­diyiniz yaxud şahidlik etdiyiniz zaman, qohuma və ya dosta tərəfkeşlik etməyinizi haram etmişdir. Allah sizə, Allahın əhdini və ya Allaha verdiyiniz əhdi yaxud Allahla bağladığınız əhdi pozmağı haram, bunlara sa­diq qalmağı isə vacib etmişdir. Allah bunları sizə əmr edir ki, bəlkə, işinizin sonunu düşü­nüb ib­rət alasınız.

Oxuyucuda aç - Surəni tam oxu