Surə 6 · Cüz 8

Al-An'am · 6:151

۞ قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

151. De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız.

Təfsir

Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nə­lə­ri haram etdiyini sizə oxu­yum. Allah sizə məxluqatı Ona şərik qoş­mağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yox­sul­luq üzündən uşaq­larınızı öldürməyi haram etmişdir. Sizin də, onla­rın da ru­zisini ve­rən Allahdır. Allah sizə çirkin əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını an­la­­yasınız.

Oxuyucuda aç - Surəni tam oxu