Surə 6 · Cüz 8

Al-An'am · 6:154

ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ بِلِقَاءِ رَبِّهِمْ يُؤْمِنُونَ

154. Sonra Biz Musaya – yax­şı iş gö­rən kimsəyə nemə­timizi ta­mam­lamaq məqsədilə, hər şe­yi müfəssəl izah edən, doğru yol gös­tə­ricisi və mər­həmət ola­raq Kitab verdik ki, bəlkə on­lar öz Rəbbi ilə qar­şılaşa­caq­la­rına iman gə­tirələr.

Təfsir

Bunları xəbər verdikdən sonra, Biz Musaya - aleyhissəlam - əməlini yax­şı etdiyinə görə ona mükafat olaraq nemə­timizi ta­mam­lamaq məqsədilə, dində ehtiyac olan hər şe­yi müfəssəl izah edən, haqq yolun gös­tə­ricisi, mər­həmət və onların Qiyamət günü Allahla qar­şılaşa­caq­la­rına iman gətirmələrinə ümid edib və o gün üçün xeyirli əməllər edərək hazırlaşmaları üçün Tövratı verdiyimizi xəbər veririk.

Oxuyucuda aç - Surəni tam oxu