Surə 6 · Cüz 8

Al-An'am · 6:145

قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ

145. De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir.

Təfsir

Ey Peyğəmbər! De: "Allahın mənə etdiyi vəhy­lər içə­ri­sində kəsilmədən ölmüş heyvan yaxud axar qan, yaxud murdar, haram sa­yılan donuz əti, yaxud bütlər üçün kəsilən heyvanlar kimi Allahdan başqasının adı ilə kəsil­miş heyvanlardan başqa, hər hansı bir şəyin haram olduğunu görmürəm". Hər kəs aclıq üzündən bu yeməkdən ləzzət almaq məqsədi ilə deyil və zərurət həd­dini aş­madan bu haramlardan yeməyə məc­bur qalarsa, buna görə ona gü­nah gəlməz. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin məcburiyyət qarşısında qalıb bu haramlardan yeyən kimsəni bağışlayan­dır və ona qarşı rəhm­lidir.

Oxuyucuda aç - Surəni tam oxu