Surə 6 · Cüz 8

Al-An'am · 6:144

وَمِنَ الْإِبِلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ ۖ أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ وَصَّاكُمُ اللَّهُ بِهَٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

144. Dəvədən də ikisini, inək­­dən də ikisini. De: “O, iki er­kəyi ha­ram bu­yur­du, yoxsa iki dişini, yaxud iki dişinin qar­nındakı ba­laları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi za­man şahid idi­niz?” Elmsiz olaraq in­sanları az­dırmaq üçün Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, Allah zalım qövmü doğru yola yö­nəltməz.

Təfsir

Sək­kiz növ heyvandan qalanları isə bunlardır: Dəvədən iki ədəd, inək­­dən iki ədəd. Ey Peyğəmbər! Müşriklərə de: "Yoxsa Allah bunları erkək, yaxud dişi olduğuna görəmi haram etdi, yoxsa dişinin qar­nındakı ba­laları?! Ey Müşriklər! Yoxsa iddia etdiyiniz kimi bu heyvanlardan haram etdiyinizin haramlığını Allah sizə tövsiyə etdiyi za­man siz buna şahid idi­niz?" Heç bir elmə əsaslanmadan insanları doğru yoldan azdırmaq məqsədi ilə Allahın haram etmədiyini Onun haram etdiyini iddia edərək Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım və daha böyük günah sahibi kim ola bilər? Şüb­hə­siz ki, Allah zalımları Allaha qarşı yalan uydurduqlarına görə doğru yola müvəffəq etməz.

Oxuyucuda aç - Surəni tam oxu